...

Aİ Azərbaycana minatəmizləmə prosesində ekspert dəstəyi verəcək - Peter Mixalko

Siyasət Materials 1 Aprel 2022 10:20 (UTC +04:00)
Aİ Azərbaycana minatəmizləmə prosesində ekspert dəstəyi verəcək - Peter Mixalko
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanın ərazilərin minalardan təmizlənməsi səylərini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.

P.Mixalko bildirib ki, bu məqsədlə Aİ tərəfindən ANAMA-ya 2.5 milyon avro ayrılıb.

Onun sözlərinə görə, dünyada mina qurbanlarının 80%-i dinc insanlar, uşaqlardır. “Biz başa düşməliyik ki, mina təmizləmə ilə yanaşı, yeni minaların basdırılmasının qarşısını almalıyıq. Aİ Azərbaycan və Cənubi Qafqaza dəstəyini əsirgəməyəcək. Aİ Azərbaycana minatəmizləmə prosesində ekspert dəstəyi verəcək”, - deyə P.Mixalko əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti