...

Minalardan əziyyət çəkənlərin problemləri həll olunmalıdır - BMT rəsmisi

Siyasət Materials 1 Aprel 2022 10:35 (UTC +04:00)
Minalardan əziyyət çəkənlərin problemləri həll olunmalıdır - BMT rəsmisi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Minalardan əziyyət çəkənlərin problemləri həll olunmalıdır. Biz minalardan azad dünya qurmalı, səylərimizi birləşdirməliyik.

Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şəxslərin və icmaların təhlükəsizliyi üçün minaların təmizlənməsi prosesi vacibdir.

"Hamımız evə qayıtmaq istəyirik, amma ətraf minalardan təmizlənməyibsə, insan özünü evindəki kimi hiss edə bilməyəcək. Mina təhlükəsi çox böyükdür. Biz minalardan azad dünya qurmalıyıq, səylərimizi birləşdirməliyik", - deyə V.Andreyeva vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti