...

Paşinyan Rusiyaya gedir

Siyasət Materials 9 Aprel 2022 14:51 (UTC +04:00)
Paşinyan Rusiyaya gedir
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 19-da Rusiyaya işgüzar səfər edəcək.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, N.Paşinyanın səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri, eləcə də gündəmdə duran digər məsələlər müzakirə olunacaq.

Bundan əlavə, mətbuat xidməti N.Paşinyanın V.Putinlə telefon danışığı keçirdiyini bildirib. Ermənistan baş nazirinin V.Putini Brüssel səfəri barədə məlumatlandırdığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti