...

Macarıstanda parlament seçkilərinin nəticələri açıqlanıb

Siyasət Materials 10 Aprel 2022 19:58 (UTC +04:00)
Macarıstanda parlament seçkilərinin nəticələri açıqlanıb

Bakı. Trend:

Baş nazir Viktor Orbanın Fides-Xristian Demokratik Xalq Partiyası (Fidesz-CDPP) alyansı parlament seçkilərində qalib gəlib.

Trend xəbər verir ki, bu barədə Macarıstanın Milli Seçki İdarəsi məlumat yayıb.

Qeyd olunur ki, bütün seçki məntəqələrində səslərin yekun hesablanması nəticəsində Fidesz-CDPP parlamendəki 199 mandatdan 135-ni qazanıb. Onlardan 87-i birmandatlı dairələr üzrə, qalan 48 isə partiya siyahısı üzrə əldə edilib.

İkinci yerdə Piter Marki-Zayinin rəhbərlik etdiyi müxalifət partiyalarının koalisiyası qərarlaşıb. Blok parlamentdə 57 yer qazanacaq. Qalan yeddi yerdən altısı sağçı “Bizim Vətən” hərəkatına, biri isə Almaniya Milli Siyahısına aiddir.

Parlament seçkilərində yekun seçici fəallığı 70,21 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti