...

Albaniyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Siyasət Materials 14 Aprel 2022 13:19 (UTC +04:00)
Albaniyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Bakı. Trend:

Albaniya Respublikasının Baş naziri Edi Rama aprelin 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Edi Ramanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti