...

Albaniyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Siyasət Materials 15 Aprel 2022 11:00 (UTC +04:00)
Albaniyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Bakı. Trend:

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycana rəsmi səfəri aprelin 15-də başa çatıb.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Albaniyanın Baş naziri Edi Ramanı Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti