...

Ermənistan-Azərbaycan parlament komissiyasının yaradılması təklif olunub

Siyasət Materials 15 Aprel 2022 11:43 (UTC +04:00)
Ermənistan-Azərbaycan parlament komissiyasının yaradılması təklif olunub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan parlamentləri arasında komissiyanın yaradılması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, artıq ermənilər özləri də etiraf edir ki, Azərbaycanla sülh müqaviləsi imzalanmasa, Ermənistan inkişaf edə bilməz.

“Artıq bunu özləri etiraf edirlər və biz də bundan istifadə etməliyik. Erməni parlamenti ilə münasibətləri gücləndirməliyik. Parlamentdə bu istiqamətdə komissiyanın yaradılmasına ehtiyac var”, - deyə F.Mustafa əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti