...

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində təmsil olunacaq

Siyasət Materials 19 Aprel 2022 09:51 (UTC +04:00)
Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində təmsil olunacaq

Bakı. Trend:

Azərbaycan 8-ci dəfə incəsənət sahəsində dünyanın məşhur platformalarından birində-Venesiya Biennalesində təmsil olunacaq. İki ildən bir keçirilən Venesiya Biennalesində ölkəmiz 2007-ci ildən iştirak edir.

Trend xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesindəki Azərbaycan pavilyonu “Sevmək üçün doğulanlar” (“Born to love”) mövzusunda tərtib olunub.

Venesiyanın mərkəzi Müqəddəs Mark Meydanındakı qədim “Procuratie Vecchie” binasında aprelin 21-də açılacaq milli pavilyonda Azərbaycandan olan 7 rəssam - Juk (Nərmin İsrafilova), İnfinity, Ramina Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha Xankişiyeva, Əqdəs Bağırzadənin əsərləri təqdim olunacaq. Milli pavilyonda müasir incəsənət üzrə 7 rəssam müasir texnika və üsullarla mövzu üzrə ideyalarını, eyni zamanda ölkəmizin zəngin mədəni və tarixi xüsusiyyətlərini izləyicilərə çatdıracaq.

Biennale noyabrın 27- dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti