...

Paşinyanın Rusiyaya ikigünlük səfəri başlayıb

Siyasət Materials 19 Aprel 2022 12:14 (UTC +04:00)
Paşinyanın Rusiyaya ikigünlük səfəri başlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya ikigünlük səfəri başlayıb.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, N.Paşinyanın səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

Bundan başqa, onun baş nazir Mixail Mişustin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşləri gözlənilir.

Qeyd olunur ki, N.Paşinyanı səfər zamanı baş nazirin müavini Mger Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər müşayiət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti