...

Putin və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan arasında qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəliblər

Siyasət Materials 19 Aprel 2022 21:13 (UTC +04:00)
Putin və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan arasında qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəliblər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanla üçtərəfli formatda qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə V.Putin və N.Paşinyanın ikitərəfli görüşdən sonra birgə bəyanatında deyilir.

"Tərəflər Azərbaycan və Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək məqsədilə Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəliblər", - deyə bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti