...

Diaspor təşkilatları ilə bağlı qanunvericiliyi təkmilləşdirmək üçün işçi qrup yaradılıb

Siyasət Materials 21 Aprel 2022 10:22 (UTC +04:00)
Diaspor təşkilatları ilə bağlı qanunvericiliyi təkmilləşdirmək üçün işçi qrup yaradılıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, xaricdə yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin dərinləşdirilməsi sahəsində mövcud olan problemlər öyrənilmiş və pərakəndə fəaliyyətin qarşısının alınması məqsədilə bir sıra addımlar atılıb.

Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində deyib.

O bildirib ki, soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə komitədə əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrup yaradılıb, bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər hazırlanıb.

F.Muradov əlavə edib ki, xaricdə yaşayan soydaşlarımızı diaspor fəaliyyətində iştirak etməyə təşviq etmək, eləcə də xaricdə Azərbaycan həqiqətlərinin yayılması, tariximiz və mədəniyyətinin təbliği üçün böyük əmək sərf edən azərbaycanlıların mükafatlandırılması məqsədilə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təsis edilib və bu sahədə xidmətləri olan soydaşlarımız bu medalla təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti