...

Mişel və Putin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib

Siyasət Materials 22 Aprel 2022 17:20 (UTC +04:00)
Mişel və Putin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib

Bakı. Trend:

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə Ş.Mişel öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, tərəflər beynəlxalq məsələlər, Qarabağdakı vəziyyət və aprelin 6-da Brüsseldə keçirilmiş Ş.Mişelin Azərbaycan və Ermənistan liderləri ilə görüşünün nəticələri müzakirə olunub.

Bundan başqa, Şarl Mişel Rusiya prezidentini Pasxa bayramı ərəfəsində Mariupolda və Ukraynanın digər şəhərlərində humanitar dəhlizlər açmağa çağırıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti