...

ABŞ Dövlət Katibinin köməkçisinin müavini Olson Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək

Siyasət Materials 25 Aprel 2022 16:15 (UTC +04:00)
ABŞ Dövlət Katibinin köməkçisinin müavini Olson Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək

Bakı. Trend:

ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibinin köməkçisinin müavini Erika Olson Azərbaycana səfər edərək hökumət rəsmiləri ilə görüşlər keçirəcək və aprelin 27-28-də Bakıda yer alan missiya rəhbərlərinin konfransına qatılacaq.

ABŞ-ın Azərbaycandakı Səfirliyindən Trend-ə bildirilib ki, sözügedən konfransda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə İcraçı Koordinatoru Qreq Naarden və Qavqaz Dadışıqlarına dair Baş məsləhətçi Endryu Şofer iştirak edirlər. Bu kimi missiya rəhbərlərinin konfransları müntəzəm olaraq keçirilir.

Son konfransa 2021-ci ildə ABŞ-ın İrəvandakı səfirliyi ev sahibliyi etmişdir. ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri 2019 və 2018-ci illərdə keçirilən konfransları təşkil etmişdi. COVİD-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməmışdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti