...

Azərbaycan bölgədə güc mərkəzi kimi dünyanın diqqətini cəlb edir - Spiker

Siyasət Materials 26 Aprel 2022 12:13 (UTC +04:00)
Azərbaycan bölgədə güc mərkəzi kimi dünyanın diqqətini cəlb edir - Spiker
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Azərbaycanlılarının 5-ci Qurultayının 44 günlük Vətən müharibəsinin son döyüşlərinin baş verdiyi bu şəhərdə keçirilməsinin və “Zəfər qurultayı” adı daşımasının dərin rəmzi mənaları var.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, qurultay Azərbaycan Respublikasının Cənubi Qafqazın lider dövləti olduğunu, Azərbaycan xalqının öz sözünü qəbul etdirə bilən mütəşəkkil bir qüvvə kimi formalaşdığını və daim öz dövlətini dəstəklədiyini nümayiş etdirdi.

“Bu gün Azərbaycan bölgənin geosiyasi və geoiqtisadi mənzərəsini müəyyən edən güc mərkəzi kimi dünyanın diqqətini özünə cəlb edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qurultayda geniş və dərin məzmunlu nitq söylədi. Deməliyəm ki, cənab Prezidentin hər bir azərbaycanlı üçün, bizim hər birimiz üçün proqram xarakteri daşıyan bu nitqi xalqımızın həyatının mühüm hadisələrinə işıq salmış, qarşıdakı dövr üçün əsas vəzifələri müəyyən etmişdir. Möhtərəm Prezident müzəffər xalqın rəhbəri, qalib dövlətin başçısı kimi bir daha bəyan etdi: “Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik...

Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz"" - deyə spiker əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti