...

Misirin Azərbaycandakı yeni səfiri Fəxri xiyabanı ziyarət edib (FOTO)

Siyasət Materials 26 Aprel 2022 13:11 (UTC +04:00)
Misirin Azərbaycandakı yeni səfiri Fəxri xiyabanı ziyarət edib (FOTO)

Bakı. Trend:

Misirin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohammed Naqi Abdel Hamid Fəxri xiyabanı ziyarət edib.

Trend xəbər verir ki, səfir aprelin 26-da ümummilli lideri Heydər Əliyevin abidəsi qarşısına güllər qoyub, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan Prezidenti İlham Əliyev Misirin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohammed Naqi Abdel Hamidin etimadnaməsini qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti