...

İran parlamentinin üzvləri Azərbaycana səfər edəcək

Siyasət Materials 28 Aprel 2022 11:22 (UTC +04:00)
İran parlamentinin üzvləri Azərbaycana səfər edəcək
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın həftələrdə İran parlamentinin üzvləri Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu İran parlamentinin deputatı Qulamrza Mərhəba bu gün İranın Gilan vilayətində jurnalistlərə açıqlamasında deyib.

Q.Mərhəbanın sözlərinə görə, Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin gücləndirilməsi İran Xarici İşlər Nazirliyinin əsas prioritetlərindən olmalıdır.

O bildirib ki, İran və Azərbaycan çox uzun birgə su və quru sərhədə malikdir. Bu sərhədlər iqtisadi inkişafa kömək edə bilər.

"İki ölkənin parlament əlaqələrinin möhkəmləndirilməsi əhəmiyyət daşıyır. Bu məqsədlə gələn həftələdə İranın yüksək səviyyəli parlament heyəti Bakıya səfər edəcək", - Q.Mərhəba deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti