...

Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası yaxın zamanlarda keçiriləcək - Zaxarova

Siyasət Materials 28 Aprel 2022 16:00 (UTC +04:00)
Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası yaxın zamanlarda keçiriləcək - Zaxarova

Bakı. Trend:

Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə Qarabağla bağlı üçtərəfli işçi qrupunun iclası yaxın zamanlarda keçiriləcək, həmçinin, bu həftənin sonuna kimi XİN xətti ilə Bakıda təmasların keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Azərbaycan və Ermənistan tərəfləri ilə yaxın zamanlarda üçtərəfli işçi qrupunun növbəti iclasının keçirilməsi razılaşdırılıb. Sərhəd məsələlərinə gəldkdə isə bu həftənin sonuna kimi Bakıda XİN xətti ilə təmaslar planlaşdırılır", - deyə o bildirib.

M.Zaxarova əlavə edib ki, Rusiya tərəfi Azərbaycanla Ermənistanın bir-birinə doğru addımlamağa hazır olduğunu qeyd edir, ən yüksək səviyyədə bu məsələ ilə bağlı üçtərəfli təmaslar hazırlanır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti