...

İşğaldan azad edilmiş ərazilərin bərpa sürəti heyrətləndirir - Rumıniya baş nazirinin müşaviri (VİDEO)

Siyasət Materials 28 Aprel 2022 16:05 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərin bərpa sürəti heyrətləndirir - Rumıniya baş nazirinin müşaviri (VİDEO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa sürəti heyrətləndirir.

Bunu Trend-ə Rumıniya baş nazirinin müşaviri Yulian Çifu Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans çərçivəsində deyib.

Y.Çifu bildirib ki, bu, onun azad edilmiş ərazilərə ilk səfəri deyil, ötən il o, Şuşada və Ağdam rayonunda olub.

"Səfərimdən bir il sonra ərazilərin necə dəyişdiyini dəqiq görmək olur. Bu ərazilərin bərpası prosesi sürətlə davam edir. Otuzillik işğal dövründə dağıdılan hər şey sürətlə bərpa olunur", - deyə o bildirib.

Müşavir, həmçinin, Füzuli Beynəlxalq Hava Limanında da olduğunu deyib.

İnfrastruktur layihələrinin, yolların tikintisinə böyükl maliyyə qoyulub və bu, çox yaxşıdır. Bütün dünyada zəruri infrastrukturun bu cür sürətlə yaradılması üzrə bir neçə nümunə göstərmək olar və Qarabağ bu nümunələrdən biridir", - müşavir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti