...

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işləri heyrətamiz sürətlə davam edir - Pakistanlı ekspert

Siyasət Materials 29 Aprel 2022 17:38 (UTC +04:00)
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işləri heyrətamiz sürətlə davam edir - Pakistanlı ekspert
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işləri heyrətamiz sürətlə davam edir.

Trend-in məlumatına görə, bunu ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın iştirakçısı Pakistan Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm deyib.

"Ermənistanın təbliğat kampaniyasını dayandırmaq lazımdır, beynəlxalq ictimaiyyət baş verənlərin, Qarabağda bərpa işlərinin necə getməsinin real mənzərəsini özü görməlidir", - deyə bildirib.

O əlavə edib ki, Şuşada bir neçə sakinlə görüşüb və onlar bərpa işlərindən, Azərbaycan hökumətinin vətəndaşlarına qayğısından məmnun olduqlarını bildiriblər.

Ekspert, həmçinin, təəssüflə qeyd edib ki, son bir il ərzində azad edilmiş ərazilərdə mina səbəbindən 100-dən çox şəxs həlak olub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti