...

Ceyhun Bayramov Fransa XİN rəsmisi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə edib (FOTO)

Siyasət Materials 3 May 2022 20:16 (UTC +04:00)
Ceyhun Bayramov Fransa XİN rəsmisi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə edib (FOTO)

Bakı. Trend:

3 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb.

XİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. Xüsusilə Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, eyni zamanda regiondakı cari vəziyyət və beynəlxalq gündəlikdə duran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti