...

“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Siyasət Materials 4 May 2022 19:48 (UTC +04:00)
“Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Bakı. Trend:

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar paytaxt və bölgələrdə silsilə tədbirlər keçirilir. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, Ümummilli Liderin yaradıcısı olduğu və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkşiaf edən Yeni Azərbaycan Partiyasının hər bir rayon və şəhər təşkilatının keçirdiyi tədbirlər də davamlılığı ilə diqqət çəkir.

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və Xətai Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xətai rayonunun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda keçirilən inşa yazı müsabiqəsi də bu silsilədəndir.

Müsabiqənin nəticələrinə görə, Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdi Xatirə Nəcəfli I yerə, 191 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Novruzova II yerə, 25 nömrəli tam orta məktəbin şagirdi Elcan İsmayıllı və 27 nömrəli tam orta məktəbin şagirdi Aybəniz Abbasova III yerə layiq görülüblər. 17 nömrəli tam orta məktəbin şagirdi Fatimə Rzayeva, 55 nömrəli tam orta məktəbin şagirdi Fatimə Məmmədzadə, 95 nömrəli tam orta məktəbin şagirdi Fidan Rzaquliyeva, 257 nömrəli tam orta məktəbin şagirdi Çinarə Əsədzadə və 265 nömrəli tam orta məktəbin şagirdi Fidan Tayıbzadə isə fərqləndiklərinə görə diplomla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti