...

BMT Təhlükəsizlik Şurası ilk dəfə olaraq Ukraynakı vəziyyət ilə bağlı bəyanat qəbul edib

Siyasət Materials 7 May 2022 00:34 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası ilk dəfə olaraq Ukraynakı vəziyyət ilə bağlı bəyanat qəbul edib

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası cümə günü keçirdiyi iclasda Ukrayndakı böhran ilə bağlı ilk dəfə olaraq bəyanat qəbul edib.

Trend xəbər verir ki, bəyanatda Ukraynada sülhün və təhlükəsizliyin qorunması ilə bağlı dərin narahatlıq ifadə edilir.

Bundan əlavə, sənəddə BMT-nin baş katibi Antonio Quterreşin Ukrayna böhranının həlli istiqamətində səylərinə dəstək ifadə olunub.

“Təhlükəsizlik Şurası münaqişənin sülh yolu ilə həllində baş katibin səylərinə güclü dəstəyini ifadə edir”, bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti