...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı birgə İşçi Qrupu yaradır

Siyasət Materials 10 May 2022 17:37 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı birgə İşçi Qrupu yaradır

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı IX Qlobal Bakı Forumuna hazırlıq və tərəflər arasında gələcək əməkdaşlığın tənzimlənməsi məqsədilə birgə İşçi Qrupu yaradır.

Mərkəzdən Trend-ə bildirilib ki, ​İşçi Qrupu Mərkəzlə FAO arasında əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi, IX Qlobal Bakı Forumu çərçivəsində dünyada artan ərzaq təhlükəsizliyi probleminə həsr olunmuş müzakirələrin və birgə əməkdaşlıq üçün anlaşma memorandumunun hazırlanması ilə məşğul olacaqdır.

​Bununla əlaqədar olaraq, görülən işlər və nəzərdə tutulan tədbirlərin müzakirə olunduğu görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Həm-sədri Dr. İsmail Seragəldin, BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş alimi Dr. İsmihan Elouafi və Mərkəzin üzvləri – Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Mavritaniyanın sabiq Prezidenti Amina Qurib-Fakim və Mərkəzin Baş katibi Rövşən Muradov iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti