...

ABŞ Dövlət Departamenti Tayvanın müstəqilliyinə qarşı olduğunu bildirib

Siyasət Materials 12 May 2022 07:16 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Tayvanın müstəqilliyinə qarşı olduğunu bildirib

Bakı. Trend:

ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinq zamanı söyləyib.

"Vurğulamaq istərdim ki, biz Tayvanın müstəqilliyini dəstəkləmirik və vahid Çin siyasətinə sadiq qalırıq", - o deyib.

N.Prays vurğulayıb ki, ABŞ və Tayvanı Asiya regionunda təhlükəsizliyi qorumaq üzrə yaxın və möhkəm əlaqələr birləşdirir.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Tayvanın Çinin “hibrid müharibəsi”ndə ön sıralarda olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti