...

Rizedə Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub (FOTO)

Siyasət Materials 14 May 2022 16:00 (UTC +04:00)
Rizedə Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub (FOTO)

Bakı. Trend:

Mayın 14-də Türkiyənin Rize şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Trend xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi.

Söhbət zamanı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulandı.

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün dəvətə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək, Türkiyədə digər sahələrdə olduğu kimi, nəqliyyat və infrastruktur sahəsində də genişmiqyaslı işlərin həyata keçirildiyini məmnunluqla qeyd etdi və yeni hava limanının açılışı münasibətilə təbriklərini çatdırdı.

Dövlət başçıları energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə etdilər.

Söhbət zamanı postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti