...

Pakistan və Azərbaycan minaların təmizlənməsi sahəsində əməkdaşlığı müzakirə edir - Səfir

Siyasət Materials 31 May 2022 15:42 (UTC +04:00)
Pakistan və Azərbaycan minaların təmizlənməsi sahəsində əməkdaşlığı müzakirə edir - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Kəlbəcər. Trend:

Pakistan və Azərbaycan minaların təmizlənməsi sahəsində əməkdaşlığı müzakirə edir.

Bunu Trend-ə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.

"Pakistan artıq minaların təmizlənməsi üzrə məsələlərlə bağlı Azərbaycan hökuməti ilə təmasdadır. Pakistanlı istehkamçılar və digər mütəxəssislər bu prosesdə Azərbaycana kömək etmək üçün Qarabağa gələcək", - səfir deyib.

O əlavə edib ki, Qarabağda sahibkarlığın inkişafı üçün çoxlu imkanlar mövcuddur.

"Hesab edirəm ki, bərpa işləri başa çatan kimi bir çox Pakistan şirkətləri buradakı iqtisadi imkanları öyrənməyə başlayacaq", - deyə o bildirib.

Səfirin fikrincə, daha çox diqqət tələb edən sahələrdən biri də təbii ehtiyatların, o cümlədən şirin su mənbələrinin tədqiq olunmasıdır.

"Kəlbəcərin gözəlliyi və landşaftı heyrətləndirir. İnanıram ki, bir çox pakistanlılar bu gözəlliklərdən zövq almaq üçşün Qarabağa gələcək. Bura bütün dünya üxçün xüsusi turizm mərkəzinə çevriləcək", - B.Haye bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti