...

Azərbaycan-Türkiyə birliyi regionumuzda sülhü və əməkdaşlığı təmin edən başlıca amildir - Sahibə Qafarova

Siyasət Materials 2 İyun 2022 11:36 (UTC +04:00)
Azərbaycan-Türkiyə birliyi regionumuzda sülhü və əməkdaşlığı təmin edən başlıca amildir - Sahibə Qafarova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçirilir.

Trend-in xəbərinə görə, Milli Məclisin (MM) sədri Sahibə Qafarova konqresdə deyib ki, 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin Qarabağa həsr olunması çox mühümdür və təqdirəlayiqdir. Çünki Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir.

Onun sözlərinə görə, konqresin digər mühüm tərəfi isə qardaş ölkələrimiz arasında münasibətlərin siyasi, tarixi, sosioloji və mədəni əsaslarının, inkişaf perspektivlərinin nəzərdən keçirilməsi, prosesə töhfə verəcək yeni ideyaların, təşəbbüslərin işlənib hazırlanmasıdır.

Konqresin ayrı-ayrı panelləri üzrə seçilmiş mövzular da əslində bu niyyəti və əzmi nümayiş etdirir.

Spiker həmçinin vurğulayıb ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ondan sonra baş verən proseslər göstərdi ki, Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi regionumuzda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amildir.

Bu birlik bütün ölkələrin, o cümlədən qardaş türk dövlətlərinin maraqlarına cavab verir: “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması türk dünyasının birlik və bərabərliyinin möhkəmlənməsi üçün də yeni imkanlar yaradıb”, - deyə S.Qafarova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti