...

Yunanıstanın "Efes-2022" təlimlərini pozmaq cəhdləri uğursuz oldu - Ərdoğan

Siyasət Materials 11 İyun 2022 04:52 (UTC +04:00)
Yunanıstanın "Efes-2022" təlimlərini pozmaq cəhdləri uğursuz oldu - Ərdoğan

Bakı. Trend:

Yunanıstanın Türkiyənin rəhbərlik etdiyi "Efes-2022" təlimlərini pozmaq cəhdləri uğursuzluqla nəticələnib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, "EFES-2022" təlimlərində 37 ölkənin nümayəndəsi iştirak edib, Afina onların yarıdan çoxunu manevrlərdə iştirak etməməyi xahiş edib:

""Efes-2022" təlimlərində iştirak edənlərin demək olar ki, heç biri, o cümlədən ABŞ, Yunanıstanın təlimlərdə iştirakdan imtina etmək çağırışına məhəl qoymayıb".

Türkiyə dövlət başçısı əlavə edib ki, "EFES-2022" təlimləri Türkiyə millətinin nəyə qadir olduğunu hamıya göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti