...

Uzun illər dünya ictimaiyyəti Azərbaycanla bağlı beynəlxalq hüququn prinsiplərini inkar edirdi - Hikmət Hacıyev

Siyasət Materials 16 İyun 2022 17:39 (UTC +04:00)
Uzun illər dünya ictimaiyyəti Azərbaycanla bağlı beynəlxalq hüququn prinsiplərini inkar edirdi  - Hikmət Hacıyev

Bakı. Trend:

Uzun illər dünya ictimaiyyəti Azərbaycanla bağlı beynəlxalq hüququn prinsiplərini inkar edirdi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumunda deyib.

"Təəssüf ki, dünya ictimaiyyəti uzun illər Qarabağ münaqişəsi ilə bağlı susurdu. İkili standartlar ortaya çıxırdı. Nəhayət, bu gün Avropa və dünya ictimaiyyəti ərazi bütövlüyünün qorunmasının vacibliyini başa düşməyə başlayıb", - deyə bildirib.

Onun sözlərinə görə, Azərbaycan kimi ölkələrə qlobal arenada fikrini bildirmək üçün platforma təmin edən çoxtərəfli münasibətlər prinsipinə tərəfdar olmaq lazımdır.

H.Hacıyev Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində rolunu və ölkənin irəli sürdüyü uğurlu təşəbbüsləri qeyd edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti