...

Ceyhun Bayramov Sergey Lavrovla Ermənistan və Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib

Siyasət Materials 17 İyun 2022 20:57 (UTC +04:00)
Ceyhun Bayramov Sergey Lavrovla Ermənistan və Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib

Bakı. Trend:

17 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədəki cari vəziyyəti, o cümlədən, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə edən tərəflər, üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı müzakirələrin Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində davam etdirilməsi razılaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti