...

Şavkat Mirziyoyev: Heydər Əliyev Azərbaycanda bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib

Siyasət Materials 21 İyun 2022 16:30 (UTC +04:00)
Şavkat Mirziyoyev: Heydər Əliyev Azərbaycanda bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib

Bakı. Trend:

Heydər Əliyev Azərbaycanda bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində çıxışı zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.

Özbəkistan Prezidenti bildirib:

"Biz hamımız tarixə XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi daxil olmuş Heydər Əliyevi yaxşı tanıyırıq. O, bütün həyatını doğma Azərbaycana həsr edib. Ölkə üçün ən ağır illərdə onun taleyinə görə çox böyük məsuliyyəti cəsarətlə öz üzərinə götürüb, müasir dövlətçiliyin əsaslarını yaradıb, Azərbaycanda bütün sahələrdə genişmiqyaslı dəyişiklikləri uğurla həyata keçirib. O, həqiqətən müstəqil Azərbaycanın memarı idi. Onun qətiyyəti və siyasi iradəsi, zəngin rəhbərlik təcrübəsi və müstəsna liderlik keyfiyyətləri gənc, müstəqil dövləti xilas etdi. Dərin məna daşıyan faktdır ki, iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilir. Məhz həmin gün Heydər Əliyev ölkə rəhbərliyinə qayıdıb və Azərbaycan Ali Sovetinin sədri seçilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti