...

Siyasi partiya nümayəndələrinin azad edilmiş ərazilərə səfəri başlayıb (FOTO)

Siyasət Materials 24 İyun 2022 12:41 (UTC +04:00)
Siyasi partiya nümayəndələrinin azad edilmiş ərazilərə səfəri başlayıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələrinin azad edilmiş ərazilərə səfəri başlayıb.

Trend-in məlumatına görə, səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi təmsil olunur.

Partiya rəsmiləri ilə yanaşı, 6 tanınmış politoloq, siyasi şərhçi və mətbuat nümayəndələri də səfərdə iştirak edir.

Qonaqlar ilk olaraq ANAMA-nın Cəbrayıl rayonu ərazisində apardığı minatəmizləmə işləri ilə tanış olublar.

ANAMA-nın Əməliyyat idarə müdirinin əməliyyatlar üzrə müavini İdris İsmayılov qonaqlara minalı ərazilər, aşkarlanan mina və partlamamış hərbi sursatlar haqqında məlumat verib.

Səfər iştirakçıları daha sonra Zəngilanda “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə tanış olacaq, habelə Bəsitçay Dövlət Təbiət Qoruğunu ziyarət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti