...

Qoşulmama Hərəkatına üzv dövlətlər arasında potensialdan düzgün istifadə etməliyik - Abdolreza Mesri

Siyasət Materials 1 İyul 2022 11:38 (UTC +04:00)
Qoşulmama Hərəkatına üzv dövlətlər arasında potensialdan düzgün istifadə etməliyik -  Abdolreza Mesri

Bakı. Trend:

Qoşulmama Hərəkatına üzv dövlətlər arasında ticarət, turizm sahəsində əməkdaşlığı inkişaf etdirməli, bazar imkanlarını araşdırmalı və potensialdan düzgün istifadə etməliyik.

Trend-in məlumatına görə, bunu İran İslam Məşvərət Assambleyasının vitse spikeri Abdolreza Mesri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zaman deyib.

O qeyd edib ki, biz elə imkanlar yaratmalıyıq ki, digər dövlətlər bura müdaxilə edə bilməsinlər: “Biz ABŞ doları əvəzinə milli valyutalardan istifadə etməliyik”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti