...

Türk dünyasının ölkələri qarşılıqlı aviadaşımaları genişləndirməlidir - Rəy

Siyasət Materials 3 İyul 2022 15:47 (UTC +04:00)
Türk dünyasının ölkələri qarşılıqlı aviadaşımaları genişləndirməlidir - Rəy
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Şuşa. Trend:

Türk dünyası ölkələri sərnişin aviadaşımalarının istiqamətlərini qarşılıqlı şəkildə genişləndirməlidirlər.

Trend xəbər verir ki, bunu Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəsmi beyin mərkəzlərinin Şuşa şəhərində keçirilən konfransında deyib.

"Türk dünyasında turizmin inkişafı üçün hava əlaqəsini genişləndirməli, daha sərfəli tariflər müəyyən etməliyik", - deyə T.Kaliyev bildirib.

O, həmçinin türk dövlətlərinin inteqrasiyası üçün, xüsusən də media sahəsində kadr mübadiləsi proqramlarının formalaşdırılmasını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti