...

Zəngəzur dəhlizinin işə salınması mühüm əhəmiyyət kəsb edir - Qazaxıstanlı ekspert

Siyasət Materials 3 İyul 2022 16:07 (UTC +04:00)
Zəngəzur dəhlizinin işə salınması mühüm əhəmiyyət kəsb edir - Qazaxıstanlı ekspert
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Şuşa. Trend:

Zəngəzur dəhlizinin işə salınması hazırda böyük əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bunu Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəsmi beyin mərkəzlərinin Şuşa şəhərində keçirilən konfransında deyib.

Onun sözlərinə görə, dəhlizin işə salınması regionda nəqliyyat sektorunun inkişafı üçün böyük imkanlar yaradacaq.

"Bu, bizi Türkiyə ilə bağlayacağı üçün bütün Orta Asiya ölkələri və hətta Çinə müsbət təsir göstərər", - deyə T.Kaliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti