Bakı. Trend:
Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbəsi ilə regionda yeni reallıqlar, əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Lakin təssüflər olsun ki, Ermənistan hələ də bu reallıqları qəbul etmək istərmir və ya bu reallıqları qəbul etməkdən başqa çıxış yolunun olmadığını anlaya bilmir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, Ermənistan münaqişədən sonra imzalanmış üçtərəfli sənədlərlə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsini hələ də ləngidir, regionda sülh və əməkdaşlığın bərqərar olmasına mane olur.
“Münaqişədən sonra imzalanmış üçtərəfli sənədlərdə reagionda yaranmış yeni reallıqlar öz əksini tapır, sülh və sabitliyin bərqərar olması və əməkdaşlığın qurulması üçün vacib şərtlər göstərilir. Azərbaycan tərəfi öz öhdəliklərini vaxtında və lazımi səviyyədə yerinə yetirir, lakin təəsüflər olsun ki, Ermənistan tərəfi hələ də bu şərtlərə adekvat cavab vermir, bütün cəhtləri ilə üçtərəfli sənədlərin yerinə yetirilməsinə mane olur.
Ermənistan hələ də anlamır və ya anlamaq istəmir ki, artıq bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edib. Ermənistan artıq başa düşməlidir ki, onun təxribatçı mövqeyi, regionda dayanıqlı sülhün əldə olunması yolunda yaratdığı əngəllər dünya birliyi tərəfindən qəbul olunmur”, - deyə deputat bildirib.
A.Həsənova vurğulayıb ki, Ermənistan 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində dalan bir ölkəyə çevrilib, dərin sosial-iqtisadi və siyasi böhran içərisindədir.
“Bu gün heç kim, heç bir ölkə Ermənistana kömək edə bilmir. Ermənistanın yeganə çıxış yolu Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək əməkdaşlıq etməkdir. Əlbəttə ki, Ermənistan bu reallıqları qəbul etsə bölgədə sülh və inkişaf ola bilər, ancaq çox təəssüf ki, erməni revanşistlər, terroristlər, Ermənistanın bugünki hakmiyyəti hələ də qəbul etmək istəmir.
Amma Ermənistan yaxşı anlamalıdır ki, bu reallıqları bütün dünya qəbul edib və Ermənistanın da bu reallıqları qəbul etməkdən başqa çıxış yolu yoxdur. Ermənistan bunu nə qədər tez anlasa, qəbul etsə, düşünürəm ki, bu gün acınacaqlı vəziyyətdə olan məğlub Ermənistan üçün daha yaxşı olar. Çünki bölgənin digər ölkələri inkişaf yolunu tutub. Əgər Ermənistan da indiki acınacaqlı vəziyyətdən qurtulub inkişaf etmək istəyirsə, əlbəttə ki, Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməlidir. Ermənistanın bugünki acınacaqlı vəziyyətdən çıxmaq üçün yeganə yolu yeni reallıqları qəbul etməkdir, əks halda bundan sonra da dalan ölkə olaraq qalacaq və daha rəzil vəziyyətə düşəcək. Ermənistan onu da anlamalıdır ki, gec və ya tez, bu reallığı qəbul etmək məcburiyətindədir çünki onun başqa çıxış yolu yoxdur”, - deyə deputat əlavə edib.