...

Ceyhun Bayramov sərhədlərin delimitasiyasından danışdı

Siyasət Materials 7 İyul 2022 11:40 (UTC +04:00)
Ceyhun Bayramov sərhədlərin delimitasiyasından danışdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının növbəti iclasını komissiyaların sədrləri razılaşdırmalıdır.

Trend-in mməlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ümumilikdə sərhədlərin delimitasiyası çətin və vaxt aparan prosesdir.

"Bir məqamı qeyd edim. Sərhəd Komissiyası formalaşdırılmasından öncə Ermənistan şərt irəli sürürdü ki, qoşunlar sərhəd bölgəsindən geri çəkilsin. Amma Azərbaycan prinsipial mövqeyini ortaya qoydu və qoşunlar yerində qaldı",-deyə o əlavə edib.

Nazir bildirib ki, Birgə Sərhəd Komissiyasının gələcək iclaslarına dair razılaşma əldə edildikdən sonra, onun yeri də müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti