...

Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Siyasət Materials 14 İyul 2022 12:13 (UTC +04:00)
Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə komitənin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, nümayəndə heyəti iyulun 17-dən 22-dək Cənubi Qafqazın üç ölkəsini ziyarət edəcək.

Mətbuat xidmətindən bildiriblər ki, hazırda səfər proqramının dəqiqləşdirilməsi davam edir. Ona görə də nümayəndə heyətinin Azərbaycana səfərinin dəqiq vaxtları hələlik məlum deyil.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti