...

Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan beynəlxalq aləmdə getdikcə daha çox nüfuz qazanır - Amerikalı ekspertlər

Siyasət Materials 17 İyul 2022 09:53 (UTC +04:00)
Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan beynəlxalq aləmdə getdikcə daha çox nüfuz qazanır - Amerikalı ekspertlər
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan beynəlxalq aləmdə artan nüfuza nail olub.

Bu barədə Trend-ə Amerikalı analitik İrina Tsukerman deyib.

O qeyd edib ki, ABŞ prezidenti Co Bayden bu ilin əvvəlində Bakıya Respublika Günü və Enerji Həftəsi ilə bağlı iki məktub göndərib, eyni zamanda Cənubi Qafqazın inteqrasiyasında və Ermənistanla sülh prosesinin başa çatdırılmasında maraqlı olduğunu bildirib:

"Bu, Azərbaycanın enerji istehsalçısı, eləcə də müxtəlif regional məsələlər üzrə potensial danışıqlar elçisi kimi artan əhəmiyyətindən xəbər verir. Eynilə, Azərbaycan Aİ ilə münasibətlərini gücləndirib və Avropanın milli suverenliyinin davam edən çağırışları, ərzaq çatışmazlığı böhranı və enerji böhranı fonunda getdikcə fəal və vacib ölkə kimi görünür", - deyə İ.Tsukerman deyib.

Onun sözlərinə görə, İsraillə müdafiə və digər məsələlərdə də sıx koordinasiya var, həmçinin ərəb dünyasının bəzi ölkələri ilə həm iqtisadi, həm də siyasi məsələlərdə artan əlaqələr var:

"Bu hadisələr fonunda Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra regional inteqrasiyaya sülh yolu ilə keçidin təşviqində göstərdiyi müsbət rol, eləcə də dostluq münasibətlərinin qurulması istiqamətində səylərini genişləndirməkdə davam etmək istəyi xüsusilə yüksək qiymətləndiriləcəkdir. Hazırda yeni bir münaqişənin yaranması hər kəsin ehtiyac duyduğu və ya görmək istədiyi ən son şeydir və buna görə də ermənilərin 30 illik dağıdıcı işğalına və qanunsuz fəaliyyətinə baxmayaraq, Azərbaycanın hələ də gərginliyi diplomatik yolla həll etmək üçün mübarizə aparır ki, bu da digər ölkələr ilə yaxınlaşmasında mühüm rol oynayacaq. Bu, investorların cəlb edilməsi, iqtisadiyyat, yaşıl enerji, yüksək texnologiyalar və təhsil sahəsində müxtəlif layihələrin dəstəklənməsi imkanları baxımından da faydalı olacaq və hətta Azərbaycanın işğalı məsələsinin həlli və müharibədən əvvəl və müharibə zamanı İrəvanın hərbi cinayətlərə dair iddiaları müzakirə edilərkən məhkəmələrdə də nəzərə alınacaq", - deyə o əlavə edib.

İ.Tsukerman vurğulayıb ki, Ermənistanın Azərbaycanın mövqeyini nümunə götürməsi və analoji olaraq keçmişə baxmaqdansa, qonşuları və digər ölkələrlə münasibətlərin müsbət inkişafına diqqət yetirməsi məntiqli olardı.

Amerikalı ekspert Piter Teys, öz növbəsində, Trend-ə bildirib ki, Azərbaycan milli iqtisadiyyatda, xarici siyasət əməliyyatlarında, ikitərəfli diplomatiyada təsirli nəticələr verən mükəmməl real siyasət aparır və aqrar-sənaye sektorunda yüksək nəticələr əldə edib:

"Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yaxşılaşıb, Gürcüstan mühüm iqtisadi tərəfdaşa çevrilib, Qazaxıstan Azərbaycanla siyasi, ticari-iqtisadi əməkdaşlığı genişləndirib. Türkiyə Respublikası ilə qardaşlıq münasibətləri Azərbaycanın dünya geosiyasətində ön sıralarda olmasına imkan verdi və Avrasiyadakı rolunu gücləndirdi. Azərbaycan Avropa İttifaqının sadiq müttəfiqi olub və digər Aİ ölkələri arasında İtaliya, Almaniya və Avstriya ilə əməkdaşlığı genişləndirib. Azərbaycan Vaşinqtonla müttəfiqliyini gücləndirib və siyasi dialoq, eləcə də iqtisadi əlaqələr ötən ilin dekabrından daha da artıb. Vaşinqton Azərbaycanı Avropada və onun hüdudlarından kənarda görkəmli müttəfiq və böyük miqyaslı geosiyasi oyunçu kimi görür. Azərbaycan ABŞ Dövlət Departamenti ilə dialoqu və sıx əməkdaşlığı genişləndirmək üçün bütün vasitələrdən istifadə edib".

O, həmçinin əlavə edib ki, Ermənistan Avropada və Aİ-də döyüşkən oyunçu kimi qalmaqda davam edir, regiondakı digər diplomatik aktorlar Ermənistanı daha yaxşı qonşu olmağa inandırmalı və Azərbaycan, Türkiyə, Gürcüstan və digər Avropa ölkələrinin iştirakı ilə ikitərəfli dialoqlarda daha çox şəffaflığı təmin etməlidir:

"Zəngəzur dəhlizinin açılması bu çətin geosiyasi və iqtisadi dövrdə Qərbi Avropa ölkələrinin iqtisadiyyatına əhəmiyyətli dərəcədə kömək edəcək. Prezident İlham Əliyev əsl uzaqgörən dövlət xadimidir və Avropa ölkələri, Türkiyə və digər əsas qlobal tərəfdaşlarla insan hüquqları, iqtisadi tərəqqi və müdafiə sahəsində əməkdaşlıq naminə həmişə diplomatik addımlar atıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti