...

Avropa Parlamentində ermənipərəst deputatlar çoxluq təşkil edir - Elşad Həsənov

Siyasət Materials 21 İyul 2022 11:25 (UTC +04:00)
Avropa Parlamentində ermənipərəst deputatlar çoxluq təşkil edir - Elşad Həsənov

Bakı. Trend:

Avropa Parlamentində ermənipərəst deputatlar çoxluq təşkil edir.

Trend xəbər verir ki, siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son illər Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daha da inkişaf edir:

“Bunu bizim onlarla aramızda olan ticarət əlaqələrinin genişlənməsindən də görmək olar. Bu il mayın 17-də ölkəmizdə Avropa İttifaqı biznes forumu keçirdi. Onlar ölkəmizdəki əlverişli biznes mühitindən məmnunluqlarını ifadə ediblər. 2021-ci ildə aramızdakı ticarət dövriyyəsi 15 milyarddan çox olub. Avropa İttifaqı ölkələrinin böyük əksəriyyəti işğaldan azad edilən ərazilərimizə investisiya yatırmaqda maraqlıdır. Onlardan 14 faizi artıq bu prosesdə iştirak edir. Prezident Şarl Mişellə keçirdiyi görüşdə hər iki tərəf əməkdaşlıqdan məmnunluq ifadə edib. Üzv ölkələrlə ikitərəfli əlaqələrdə çox fəalıq var. Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır. Bir neçə gün əvvəl Avropa Komissiyasının prezidenti ilə enerji sahəsində mühüm razılaşma əldə edildi. Görünən budur ki, bu il Avropa rəsmiləri tez-tez bizimlə görüşür, səfərlər edirlər. Bunlar bizi çox sevindirir. Ancaq Avropa Parlamentinin fəaliyyətində biz fərqli tendensiya görürük. Orada ermənipətəst deputatlar çoxluq təşkil edir. Bunlara da dəstək verən bizim daxilimizdəki müxalif qüvvələrdi. Onların ötütdükləri “donos”lar əsasında bizə qarşı qərəz ortaya qoyurlar. Güya bizdə insan haqları pozulur və s. Cəmiyyətdə olan inkişafla yanaşı çatışmazlıqıar da mövcuddur. Biz demirik ki, ölkəmizdə hər şey idealdır. Çatışmazlıqla mübarizə aparılır. Yaxşı olar ki, Avropa Parlamenti bir qədər obyektiv olsun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti