...

Hər bir azərbaycanlı azad edilmiş torpaqların bərpasında iştirak etməlidir - Rəhman Hacıyev

Siyasət Materials 22 İyul 2022 11:34 (UTC +04:00)
Hər bir azərbaycanlı azad edilmiş torpaqların bərpasında iştirak etməlidir - Rəhman Hacıyev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Qarabağda irsin bərpası üçün hər bir azərbaycanlı mənəvi məsuliyyət daşıyır.

Trend -in məlumatına görə, bunu Şuşada keçirilən Beynəlxalq Media Forumunda Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev deyib.

"İşğaldan azad edilmiş torpaqların bərpası prosesində hər bir azərbaycanlı iştirak etməlidir. Medianın İnkişafı Agentliyinə təklif etmək istərdim ki, bu işə necə töhfə verə biləcəyimizlə bağlı Qarabağ Dirçəliş Fondu ilə birgə müzakirələr aparsın", - R.Hacıyev bildirib.

Sədr qeyd edib ki, bu günə kimi Azərbaycan mediada ikili standartlarla üzləşib və bunun aradan qaldırılması üzərində işləmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti