...

Hər kəs qanun qarşısında bərabərdir - Deputat

Siyasət Materials 26 İyul 2022 13:57 (UTC +04:00)
Hər kəs qanun qarşısında bərabərdir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda həyata keçirilən kadr islahatları ümumi islahatların mühüm tərkib hissəsini təşkil edir. Bu islahatların əsas məqsədlərindən biri vətəndaş məmnunluğunun artırılmasıdır. Çox təqdirəlayiq haldır ki, Prezident İlham Əliyev rayonlara yeni təyin edilmiş İcra Hakimiyyəti başçılarını qəbul edir və onlara tapşırıqlarını verir. Ona görə də, hər bir məmur, vəzifəli şəxs öz fəaliyyətində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini əsas prinsip kimi götürməli və vətəndaşlara şəffaf xidmət göstərməlidir.

Bunu Trend-ə Milli Məclisin deputat Afət Həsənova deyib.

Deputat bildirib ki, ötən gün Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edən zaman onların qarşısında mühüm vəzifələr qoydu və tapşırıqlar verdi:

“Hesab edirəm ki, bu tapşırıq və tövsiyələr təkcə vəzifəyə yeni təyin edilən şəxslər üçün deyil, bütün vəzifəli şəxslər üçün əsas olmalıdır. Hər bir icra başçısı elə xidmət göstərməlidir ki, vətəndaşlar razı qalsın. Heç bir icra başçısı öz vəzifələrindən sui-istifadə etməməlidir. Hər kəs qanun qarşısında bərabərdir, hər kəs törətdiyi əmələ görə cəzasını alır və biz bunu zaman-zaman görürük.

Təəssüflər olsun ki, zaman-zaman icra başçılarının cinayət əməllərinin şahidi oluruq və onlar buna görə öz cəzalarını alırlar, cinayət məsuliyyətinə cəlb edilirlər. Cənab Prezident qəbul zamanı bildirdi ki, “bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.

Cənab Prezident dediyi kimi hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bu gün də əgər hansısa icra hakimi öz fəaliyyətində cinayət əməllərinə yol verirsə bilməlidir ki, mütləq onun əməllərinin üstü açılacaq və qanun qarşısında cavab verəcəklər. Ona görə də hər bir icra başçısı öz fəaliyyətini şəffaf qurmalı və cinayət tərkibli hərəkətlər etməməlidirlər”, - deyə deputat bildirib.

A.Həsənova hesab edir ki, icra hakimiyyətlərinin yol verdiyi nöqsanlardan biri də kadr siyasəti ilə bağlıdır: “Bir çox hallarda yeni təyin edilən icra başçıları hazırda çalışan kadrlarla işləmək istəməyərək yeni kadrlar təyin edirlər ki, bu da həm narazıçılığa, həm də işin səmərəliliyinə təsir edir. Ona görə ki, həmin insanlar artıq yerli əhalini tanıyır, onlarla işləməyi bacarır, təcrübələri var. Dirgər tərəfdən, icra başçıları yerli kadrlarla işləməlidir, çünki qeyd etdiyim kimi, onlar yerli əhalinin əhval-ruhiyyəsini və istəklərini daha yaxşı bilir, onlarla işləməyi bacarır. Kənardan gətirilən kadrlar isə insanlarla düzgün işləməyi bacarmır ki, bu da qeyd etdiyim kimi, işin səmərəliliyinin azalmasına və narazılığa səbəb olur. Bu baxımdan, düşünürən ki, icra başçıları düzgün kadr siyasəti aparsalar, onların özlərinin də işi daha rahat və keyfiyyətli olar”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti