...

İsrail müdafiə naziri Blinken ilə bir sıra məsələləri müzakirə edib

Siyasət Materials 31 İyul 2022 06:38 (UTC +04:00)
İsrail müdafiə naziri Blinken ilə bir sıra məsələləri müzakirə edib

Bakı. Trend:

İsrailin müdafiə naziri Benni Qantz ABŞ dövlət katibi Entoni Blinkenlə ABŞ-ın rəhbərlik etdiyi regional müdafiə əməkdaşlığı, İranın nüvə danışıqları və Tehrana təzyiq, Livanla sərhədindəki vəziyyəti müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, danışıq zamanı, həmçinin İordan çayının qərb sahilində və Qəzza zolağında sabitliyi təmin etmək üçün tədbirlər müzakirə olunub:

"Müdafiə naziri Benni Qantz bu gün ABŞ dövlət katibi Entoni Blinkenlə danışıb. Müzakirə zamanı ABŞ prezidenti Co Baydenin [iyulun ortalarında] İsrail və Səudiyyə Ərəbistanına səfərinin nəticələri, həmçinin ABŞ-ın rəhbərlik etdiyi regional müdafiə əməkdaşlığının dərinləşdirilməsi yolları müzakirə olunub. Tərəflər həmçinin İrana qarşı davam edən təzyiqləri və [Tehranla] nüvə sazişi üzrə danışıqları müzakirə ediblər. Bundan əlavə, İsrail və Livan arasında dəniz sərhədi ilə bağlı razılığın əldə olunmasının zəruriliyi və bu məsələdə ABŞ-ın həlledici rolu müzakirə edilib", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti