...

Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında ardıcıl mövqe tutub - Ceyhun Bayramov

Siyasət Materials 2 Avqust 2022 14:33 (UTC +04:00)
Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında ardıcıl mövqe tutub - Ceyhun Bayramov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında ardıcıl mövqe tutub.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovla birgə mətbuat konfransı zamanı deyib.

"Azərbaycan Ermənistanla münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşmasını təklif edib. Bu, Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və çiçəklənmənin açarıdır", - deyə o bildirib.

Nazirin sözlərinə görə, ümumi tarix, mədəniyyət və Azərbaycan, Türkiyə, Özbəkistan hökumətləri arasında strateji tərəfdaşlıq və möhkəm əlaqələrə əsaslanan dəyərlər hər üç ölkənin münasibətlərinin inkişafının təməlini təşkil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti