...

Azərbaycan regional dialoq və əməkdaşlıq platformalarını təşviq etməyə çalışır - Ceyhun Bayramov

Siyasət Materials 2 Avqust 2022 15:38 (UTC +04:00)
Azərbaycan regional dialoq və əməkdaşlıq platformalarını təşviq etməyə çalışır - Ceyhun Bayramov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan regional dialoq və əməkdaşlıq platformalarını təşviq etməyə çalışır.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovla birgə mətbuat konfransı zamanı deyib.

"Azərbaycan mədəniyyətlə və sivilizasiyalar kəsişməsində yerləşən bir ölkə olaraq regional dialoq və əməkdaşlıq platformalarını təşviq edir və dəstəkləyir. Məsələn, iyunun 27-də Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşü keçirildi. Bu cür forumlarda regional əməkdaşlığın səmərəli modelini görmək sevindiricidir", - nazir deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Özbəkistan həm də birgə iqtisadi layihələrin təşviqinə kömək edəcək.

"Enerji, xüsusilə bərpa olunan enerji mənbələrinə, eləcə də ticarət və nəqliyyata diqqət ayırmaqla potensialın reallaşdırılması üzrə birgə səylər ölkələrimizin çiçəklənməsinə xidmət edəcək", - C.Bayramov deyib.

(Təcrübə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti