...

Azərbaycan məğlub Ermənistanı 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməyə məcbur edir (TƏHLİL)

Siyasət Materials 22 Avqust 2022 09:25 (UTC +04:00)
Azərbaycan məğlub Ermənistanı 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməyə məcbur edir (TƏHLİL)

Bakı. Trend:

Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtması üçün lazımi işlər görülür. Bu istiqamətdə Prezident İlham Əliyevin xüsusi tapşırıqları yerinə yetirilir. Ermənilər isə təxminən 2 il əvvəl olduğu kimi bu dəfə də Azərbaycanlılara aid torpaqları tərk edərkən yanğınlar, talanlar törədirlər.

Hərbi ekspert Ədalət Verdiyev Trend-ə açıqlamasında bildirib ki, digər işğaldan azad edilən rayonlarımız kimi Laçın rayonunun kəndləri də 30 il ərzində erməni silahlıları tərəfindən dağıdılıb. Azərbaycanlılara məxsus olan infrastruktur dağıdılıb, yandırılıb, daşınılıb. Laçın rayonunun Sus kəndini son tərk edən Azərbaycan zabiti olaraq ermənilərin arxamızda Qızılca kəndini işğal etdikdən sonra orada necə atəşfəşanlıq keçirdiklərini yaxşı xatırlayıram.

"Onlar atəşfəşanlıq edəndə mən 11 yaralımızı 28 nəfərlə daşıyırdım. Dörd nəfərimiz də itkin düşmüşdü".

Ə.Verdiyev bildirib ki, Laçın əhalisinin 30 il ərzində doğma yurdlarından kənarda yaşamasına səbəb Ermənistan dövlətidir. Bu gün məhz Azərbaycan Ordusunun qəhramanlığı qarşısında məcburən Laçın rayonunu və ətraf kəndləri tərk edirlər.

"Maraqlı olan budur ki, 1992-ci ildən bu günə qədər ərazilərimizi talan edənlər yenə də torpaqlarımızı tərk edərkən meşələrimizi, evlərimizi yandırırlar. Görünən odur ki, Sarıbaba, Qırxqız, Fərrux, Buzdux istiqamətində ermənilərə dayaq ola bilməyənlər Laçının da ermənilərdən təmizlənməsi zamanı onlara kömək edə bilməyəcəklər".

Ekspertin sözlərinə görə, Azərbaycan 2020-ci ilin 10 noyabr bəyanatında nəzərdə tutulan şərtləri məğlub Ermənistana həzm etdirir.

"Bu Azərbaycan Ordusunun növbəti zəfəri olacaq. Bu zəfərin əldə olunmasında 44 günlük müharibədə əsgərlərimizin və Ali Baş Komandan Cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil və planlı siyasətinin böyük rolu var", -deyə o qeyd edib.

Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov isə qeyd edib ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixində imzalanmış bəyənatın bütün maddələrinin icra olunmasının tərəfdarı kimi çıxış edir. Bu istiqamətdə bir sıra vacib addımlar da atır.

"Belə ki, üçtərəfli birgə bəyənatın 6-cı maddəsinin icrası istiqamətində bugün əməli, praktiki fəaliyyət icra olunur. Şübhəsiz ki, bu işlərin həyata keçirilməsində "Qisas "antiterror əməliyyat çox təsirli oldu və onun uğuru bir tərəfdən bir sıra hakim yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi, geostrateji üstünlüyün ələ alınması, digər tərəfdən isə siyasi və diplomatik shədə intensivliyin artırılması ilə əlaqələndirilir. Eyni zamanda "Qisas" antiterror əməliyyatını Azərbaycan Prezidenti İlham Əliyev cəza tədbiri kimi dəyərləndirdi. Azərbaycan vətəndaşlarının, hərbi qulluqçularının təhlükəsizliyini təmin etmək üçün müasir standartlara cavab verən ordumuz istənilən tapşırığın öhdəsindən gəlməyə qadirdir. 10 noyabr bəyənatının əsas tələbi də bundan ibarətdir və Laçın şəhərinə alternativ yolun istifadəyə verilməsi də Azərbaycanın bu sahəyə diqqət ayırmasının nəticəsi kimi qiymətləndirilir", - deyə o bildirib.

Politoloq əlavə edib ki, ermənilər sözügedən bölgələri tərk edərkən bir il yarım əvvəl olan prosesslərdə olduğu kimi bu gündə azərbaycanlıların böyük əziyyətlə tikdiyi evlərə od vururlar, flora-faunanı məhv edirlər, ekosistemə ciddi ziyan vururlar.

"Ekoloji terror həyata keçirilməsi böyük bir coğrafiya üçün ağır fəsadlarla nəticələnə bilər. Ermənilər öz xislətlərinə və mənfur niyyətlərinə uyğun olaraq bölgəni yandırmaqla məşğuldurlar. Baxmayaraq ki, rəsmi İrəvan tərəfindən həmin şəxslərə evləri yandırmamaqla bağlı göstəriş verilib, hətta bildirildi ki, evləri yandıran şəxslər kompensasiya almayacaq. Lakin biz görürük ki, istənilən halda həm meşələr yandırlır, həm də evlərə od vurulur. Bütün bunlar tamamilə qəbulolunmazdır.

Azərbaycan öz praktiki addımları, Prezident İlham Əliyevin siyasi iradəsi, prinsipiallığı sayəsində ekologiya sahəsində ermənilərin vuyrdğu ziyanın ödənilməsinə nail olacaqdır ",- deyə İ. Hüseyov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti