...

Münaqişə başa çatandan sonra BMT-nin ali rəhbərliyi tərəfindən hələ də regiona səfər olmayıb - Hikmət Hacıyev

Siyasət Materials 27 Avqust 2022 15:57 (UTC +04:00)
Münaqişə başa çatandan sonra BMT-nin ali rəhbərliyi tərəfindən hələ də regiona səfər olmayıb - Hikmət Hacıyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Münaqişə başa çatandan sonra BMT-nin ali rəhbərliyi tərəfindən hələ də regiona səfər olmayıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, normalda 30 ildən artıq davam edən, bu qədər humanitar fəlakətlərə, faciələrə səbəb olmuş post-münaqişə şəraitində BMT-nin ali rəhbərliyi səviyyəsində regiona səfər edilməli və bu münaqişənin həll edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi faktları, əslində, təqdir olunmalı idi.

”Təəssüflər olsun ki, necə BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 il masa üzərində qaldısa, biz bu məsələdə də BMT rəhbərliyi tərəfindən hər hansı ciddi fəaliyyət müşahidə etmirik. Azərbaycana münasibətdə “Marşal planı” yoxdur. Bəlkə Azərbaycan xalqı və dövləti onların təqdim edəcəyi formada bunun arzusunda da deyil. Bizim özümüzün milli resurslarımız var. Amma burada həmrəylik nümunələri çox vacibdir. Məsələn, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın qardaş dəstəyi, Füzuli şəhərində məktəb layihəsi ilə bağlı təkliflər və digər layihələr həmrəyliyin, qardaşlığın nümunəsidir. Bu kimi addımlar Azərbaycan tərəfindən də müsbət qiymətləndirilir”, - deyə H.Hacıyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti