...

Brüssel görüşündə Azərbaycan yenə istədiyinə nail oldu - Sahil Kərimli

Siyasət Materials 1 Sentyabr 2022 09:26 (UTC +04:00)
Brüssel görüşündə Azərbaycan yenə istədiyinə nail oldu - Sahil Kərimli

Bakı. Trend:

Brüssel görüşündə Ermənistanın müqavimətinə baxmayaraq Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev konkret nəticələr əldə etdi. Razılığa əsasən yaxın günlərdə sülh müqaviləsinin mətninin hazırlanmasına başlanacaq. Bu isə o deməkdir ki, Ermənistan sülhə məcbur edilir və münasibətlərin normallaşmasına böyük ümidlər yaranıb. Bu, Prezident İlham Əliyevin danışıqlarda qazandığı növbəti diplomatik uğurdur.

Bunu Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli Brüsseldə keçirilən üçtərəfli görüşün nəticələrini şərh edərkən bildirib.

S.Kərimli qeyd edib ki, Ermənistan xeyli vaxtdır qeyri konstruktivlik nümayiş etdirsə də, Azərbaycan Prezidenti barışmaz və qətiyyətli mövqeyi ilə danışıqlarda uğurla addımlayır:

“Brüsseldə Aİ Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında aparılan görüşün nəticələrini yüksək qiymətləndirmək lazımdır. Görüş tərəflər arasında sülh prosesi üçün mühim irəliləyişdir. Ermənistan son iki il ərzində vaxt qazanmağa çalışıb, nəyəsə nail olmağa cəhd edib. Amma hər dəfə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi qarşısında duruş gətirə bilməyib. Bu dəfə də belə oldu. Ən önəmli məqamlardan biri də odur ki, sülh müqaviləsi Azərbaycanın irəli sürdüyü 5 bənddən ibarət şərtlər əsasında imzalanacaq”.

S.Kərimli daha sonra bildirib ki, danışıqlar zamanı Qarabağ, status və ya ATƏT-in Minsk Qrupu ilə bağlı heç bir ifadə işlədilməyib və bu bir daha onu göstərir ki, masada şərtləri Azərbaycan diqtə edir: “Azərbaycan Prezidenti İlham Əliyev bu konteksdə konkret mövqeyini bildirib. Qarabağda yaşayan ermənilərin statusundan söhbət gedə bilməz, Minsk qrupu adlı qurum artıq tarixdə qalıb. Bu, Azərbaycan liderinin yaratdığı yeni reallıqdır. Bu reallıqları bütün dünya qəbul edir və Azərbaycanın haqqlı mövqeyinə hörmətlə yanaşılır. Ermənistan da artıq yeni reallıqları anlamaq, həzm etmək məcburiyyətindədir. Çünki, başqa çıxış yolu yoxdur. Ya, sülh müqaviləsi imzalamaqla özünü xilas etməli, ya da yenidən Azərbaycanın hərbi qüdrəti altında tam əzilməlidir”.

“Danışıqlar prosesində Aİ Prezidenti Şarl Mişelin də rolunu xüsusi vurğulamaq lazımdır. Aİ rəhbərinin üzərinə böyük missiya götürməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normalllaşmasına çalışması ölkəmiz tərəfindən yüksək qiymətləndirilir. Burada daha bir önəmli məqam isə Prezident İlham Əliyevlə Aİ rəhbəri arasında şəxsi münasibətlərin olmasıdır. Azərbaycan liderinə olan böyük hörmət və ehtiram, güvən və rəğbətin nəticəsində formalaşan bu dostluq münasibətləri şübhəsiz ki, gələcəkdə də prosesin müsbət inkişafına zəmin yaradacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti