...

Şolts telefon danışığı zamanı Trası Berlinə dəvət etdi

Siyasət Materials 8 Sentyabr 2022 06:17 (UTC +04:00)
Şolts telefon danışığı zamanı Trası Berlinə dəvət etdi

Bakı. Trend:

Almaniya kansleri Olaf Şolts telefon danışığı zamanı Böyük Britaniyanın yeni baş naziri Liz Trası Berlinə rəsmi səfərə dəvət edib.

Trend xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsinə istinadən Reuters agentliyi məlumat yayıb.

"Kansler britaniyalı həmkarına yaxın vaxtlarda Berlinə ilk səfər etməyi təklif edib", - agentlik onun sözlərini sitat gətirib.

Mümkün səfərin tarixləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti