...

Ağdama gələn tanınmış səyyahlar Birinci Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)

Siyasət Materials 8 Sentyabr 2022 21:35 (UTC +04:00)
Ağdama gələn tanınmış səyyahlar Birinci Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)

Ağdam. Trend:

Bu gün Qarabağa və Şərqi Zəngəzura 20-dən çox ölkədən gələn tanınmış səyyahlar Ağdam şəhərində ermənilər tərəfindən dağıdılmış Birinci Şəhidlər Xiyabanını ziyarət ediblər.

Trend-in müxbiri xəbər verir ki, xarici qonaqlar Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun və digər azərbaycanlıların məzarının yerləşdiyi Birinci Şəhidlər Xiyabanını ziyarət ediblər. Birinci Qarabağ müharibəsi zamanı ermənilər burada yerləşən qəbirlərin çoxunu dağıdıblar. İşğalçılar İkinci Şəhidlər Xiyabanını tamamilə yer üzündən siliblər.

Bundan əvvəl xarici qonaqlar Şuşada olub. Ölkəmizin qonaqları sentyabrın 10-dək Füzuli, Xocavənd və Zəngilan rayonlarına, o cümlədən Ağalı və Cəbrayılın “ağıllı kəndi”nə səfər edəcəklər.

Qeyd edək ki, səfər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin “qara turizm” çərçivəsində təbliği baxımından müstəsna əhəmiyyət kəsb edir. Səfər zamanı səyahətçilər erməni vandalizminin nəticələrini və Qarabağın dirçəlişi üçün Azərbaycanın gördüyü inanılmaz işləri öz gözləri ilə görə bilərlər.

Ötən il ərzində əsas beynəlxalq səyahət şəbəkələrinin - ETIC (Ekstremal Səyyahların Beynəlxalq Konqresi), MTP (Most Traveled People), TCC (Traveler's Century Club) təsisçiləri, prezidentləri və tanınmış üzvləri, "Nomadmania" klubları qlobal biznes və turizm elitası ilə Şərqi Zəngəzura 3 səfər təşkil edib. İndiyədək bu səfərlərdə 25-ə yaxın ölkədən 100-dən çox beynəlxalq səyahətçi iştirak edib. Bu, sayca dördüncü belə səfərdir. Bu dəfə nümayəndə heyətinə daha çox ölkənin nümayəndələri daxil olub.

Vurğulayaq ki, onlar hamısı işğalçıların Azərbaycan torpaqlarında qoyduğu dağıntılardan dəhşətə gəldiklərini bəyan edirlər. Erməni işğalçılarının 30 ildən artıq müddətdə torpaqlarımızda vəhşicəsinə qoyduqları və bu günədək Qarabağda saxladıqları minaların sayı onları xüsusilə heyrətə gətirir. Və həmin minaları hələ də saxlamağa davam edirlər ki, biz bu yaxınlarda Laçında bunun şahidi olduq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti